Beynəlxalq mediada Robert Levandovskinin mövsümün sonunda “Barselona”dan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.
Polşalı forvardın xidmətində Ərəb klubları maraqlıdır. Bundan başqa onun karyerasını Amerika Birləşmiş Ştatlarında, hətta yenidən Almaniyada davam etdirmək ehtimalı olduğu da vurğulanır. Xüsusilə Levandovskinin ona doğma olan Dortmund “Borussiya”sına qayıtmaq ehtimalı dəyərləndirilir. “Barselona” rəhbərliyi isə hələ ki, bu xəbərlərə rəsmi münasibət bildirməyib. İndiki məqamda “Barsa” rəhbərliyinin hücümçunun komandada qalmasında maraqlı olduğu bildirilir. Qeyd edək ki, Robert Levandovski bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 14 oyunda meydana çıxıb, 8 qol və 4 asistlə yadda qalıb.